21 C
Baku
Friday, September 27, 2024

Financial Times Donald Trumpı “İlin adamı” elan etdi

Financial Times qəzeti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trumpı “İlin adamı” seçib. Nəşrin saytında 12 dekabr tarixində dərc edilən məqalədə qeyd edilir ki, respublikaçı ölkə siyasətinin qaydalarını yenidən yazıb.

“Trump – televiziyada reality-show ulduzuna çevrilmiş daşınmaz əmlak sahəsində maqnatdır və heç vaxt amerikan xalqı tərəfindən qəbul edilməyəcək” deyə məqalədə qeyd edilir.

Bundan əlavə, Financial Times bir faktı xatırladır ki, Trump “iki siyasi sülaləyə – Buş və Klintonlar son qoydu”.

7 dekabr tarixində Time jurnalı da Donald Trumpı “İlin adamı” elan etdi. Bununla yanaşı, jurnal respublikaçını “Amerika ayrılmış ştatlarının yeni seçilmiş prezidenti” adlandırmışdı. Verilən məlumata görə, redaksiya onun fəaliyyətinin dünyaya müsbət və yaxud mənfi təsir etdiyini təyin edə bilmirdi.

Qeyd edək ki, Donald Trump 8 noyabr tarixində keçirilən prezident seçkilərində lazım olan 270 səsdən daha artığını (306 səs) toplayaraq ABŞ-ın yeni prezidenti elan edildi.

Son xəbərlər
Digər xəbərlər