18 C
Baku
Tuesday, May 28, 2024

“Financial Times” dünya neft bazarının beş faktorunu açıqlayıb

Böyük Britaniyanın “Financial Times” qəzeti dünya bazarında neftin qiymətinin artıb-azalması barədə beş faktoru açıqlayıb.

Birinci faktor ondan ibarətdir ki, Nigeriyada “Boko-Haram” terrorçuları neft mədənlərini və neft kəmərlərini dağıdıblar. Neft hasilatı 40 faiz aşağı enib. Xaricə neft ixracı isə minimum həddə çatıb. Venesuelada isə fövqəladə vəziyyət elan edilib.

İkinci faktor Kanadada baş verən meşə yanğınlarıdır. Meşə yanğınları nəticəsində neftçilərin düşərgəsi tam məhv olub. Neft hasilatı və ixracı kəskin şəkildə aşağı düşüb.

Üçüncü faktor – böyük neft ehtiyatlarına malik olan Səudiyyə Ərəbistanında neft hasilatı və ixracı maksimum artıb. Lakin yay fəslinin gəlməsi ilə əlaqədar ölkədə elektrik enerjisinə tələbat yüksək dərəcədə artıb.

Dördüncü faktor ABŞ-ın Energetika Nazirliyinin proqnozu olub. Proqnoza görə, ABŞ neft hasilatını hər gün 9,4 milyon barrel azaldıb. 2017-ci ildə isə neft hasilatı hər gün 8,2 milyon barrel azaldılacaq.

Beşinci faktor fond və birjalarla bağlıdır. 2016-cı ilin yanvar ayında neftin bir barrelinin qiyməti 30 dollardan da aşağı düşmüşdü.

Dünən isə dünya bazarında “Brent” markalı neftin qiyməti 2,7 faiz aşağı düşərək 48,64 dollara satılmışdı. Londonun “İCE” birjasının verdiyi məlumata görə, hazırda “Brent” markalı neftin qiyməti 3 faiz artaraq bir barreli 49,19 dollar olub. Nyu-York Əmtəə Birjasının (NYMEX) verdiyi məlumata görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 48,53 dollar olub.

Küveytin neft naziri, Küveytin Baş nazirinin müavini və maliyyə nazirinin səlahiyyətlərini həyata keçirən Anas əl-Saleh bildirib ki, 2016-cı ilin sonlarında dünya bazarında neftin qiyməti balanslaşdırılacaq və bir barreli 50 dollara satılacaq.

Xalq qəzeti

Son xəbərlər
 ⁠
Digər xəbərlər