28 C
Baku
Thursday, June 5, 2025

“Financial Times”: Hindistan və Aİ ticarət sazişinin müddəalarının yarısını razılaşdırıblar

Hindistan və Avropa İttifaqı (Aİ) ticarət sazişinin əhatə edəcəyi mövzuların demək olar ki, yarısı üzrə razılığa gəliblər. Tərəflər bu ilin sonuna kimi sazişi imzalamağa ümid edirlər.

Qəzetin yazdığına görə, danışıqlar iştirakçıları gələcək sazişin təxminən iyirmi “fəsli”ndən səkkizində razılığa gəliblər. Eyni zamanda, tərəflər artıq razılaşıblar ki, gələcək saziş bəzi “həssas” kənd təsərrüfatı məhsullarına, məsələn, süd məhsullarına şamil edilməyəcək.

Eyni zamanda, qəzetin mənbələri qeyd edir ki, tərəflər bir çox mühüm məsələlərdə fikir ayrılıqlarının qalmasına baxmayaraq, gömrük və ticarətin sadələşdirilməsi kimi daha az mübahisəli məsələlərdə razılığa gələ biliblər.

Son xəbərlər
Digər xəbərlər