Financial Times: İran bahalaşan neftdən gündəlik 140 mln. dollar qazanır

İran neft qiymətlərinin 100 dollar/barel səviyyəsindən yuxarı qalxması fonunda gündəlik 140 mln. dollardan çox gəlir əldə edir.

Banker.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Qəzet yazır ki, ölkə ABŞ sanksiyalarına baxmayaraq gündəlik təxminən 1.5–1.6 mln. barel neft ixrac edir.

ABŞ və İsrailin İrana zərbələr endirməyə başlamasından sonra Xark adasındakı əsas terminalda 13 supertanker neft yükləyib.

Hörmüz boğazı vasitəsilə təxminən 24 mln. barel İran nefti daşınıb — baxmayaraq ki, İran digər gəmilər üçün marşrutu məhdudlaşdırıb. Tədarüklərin böyük hissəsi marşrutlarını gizlədən “kölgə donanması” vasitəsilə həyata keçirilir.

ABŞ-ın maliyyə naziri Skott Besent bildirib ki, Vaşinqton mövcud sanksiyalara baxmayaraq İranın satışlarına müəyyən dərəcədə göz yummağa hazırdır: “İran gəmiləri artıq dənizə çıxmağa başlayıb və biz bunun baş verməsinə icazə verdik ki, dünya bazarı təchiz olunsun.”

Son xəbərlər
Digər xəbərlər