Financial Times: İran Çin istehsalı “casus peyk”dən istifadə edir

İranın Yaxın Şərqdə ABŞ hərbi bazalarına zərbələr zamanı Çin istehsalı “casus peyk”dən istifadə etdiyi iddia olunur.

Banker.az xəbər verir ki, bu barədə Financial Times yazır.

İran 2024-cü ilin sonunda gizli şəkildə Çin istehsalı TEE-01B kəşfiyyat peykini əldə edib və bu, ölkənin ABŞ və müttəfiqlərinin regiondakı hərbi infrastrukturunu izləmə imkanlarını xeyli gücləndirib.

Peyk təxminən 0.5 metr ayırdetmə qabiliyyətinə malikdir ki, bu da İranın mövcud peyklərindən dəfələrlə yüksəkdir və hərbi obyektlərdə texnika və dəyişiklikləri aşkar etməyə imkan verir.

Təxminən 36 mln. dollar dəyərindəki razılaşmaya təkcə peyk deyil, həm də Çinin yerüstü idarəetmə stansiyalar şəbəkəsinə çıxış da daxil olub. Bu isə qlobal miqyasda kəşfiyyat məlumatlarının əldə edilib emal edilməsinə imkan yaradır.

photo 2026 04 15 11 35 26

photo 2026 04 15 11 35 48 photo 2026 04 15 11 35 27

Son xəbərlər
Digər xəbərlər