İranın hücumunu dəf etmək İsrailə 1 milyard dollardan baha başa gəlib, bu barədə “Financial Times” yazıb.
Məqalədə keçmiş İsrail hərbçisinin ABŞ, Fransa və İngiltərəyə təyyarələrin göndərilməsinin bahasına başa gəldiyini nəzərə almasaq, müdafiə xərclərini 1 milyard dollardan çox israf edilmiş materiallarla qiymətləndirdiyi bildirilir.
İsrail aprelin 14-nə keçən gecə İranın hücumu zamanı hər biri 50 min dollara başa gələn xeyli sayda “Tamir” raketlərdən istifadə edib.
Aprelin 13-də axşam saatlarında İran aprelin 1-də Suriyadakı konsulluğunun binasının dağıdılmasına cavab olaraq İsrailə doğru onlarla pilotsuz təyyarə və raketlər atıb. Hücum təxminən beş saat davam edib. İsrail ona atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib.