“Financial Times” qəzetinin baş redaktoru dəyişildi

“Financial Times” qəzetinin Baş redaktoru Layonel Barber 14 ildir tutduğu postdan istefa vermək qərarına gəlib.

64 yaşlı Barber qəzetin kollektivinə yolladığı elektron məktubda gələn ilin yanvar ayında öz postunu tərk edəcəyini yazıb.

“Baş redaktor təyin edildikdə “Financial Times” qəzetində reportaj və jurnalist şərhlərinin qızıl standartlarını bərpa etməyə, həmçinin sabit və gəlirli biznes qurmaq üçün direktorlar şurasına yardım etməyə vəd vermişdim”, – deyə Layonel Barber məktubda qeyd edib.

Layonel Barber ümumilikdə 34 il “Financial Times” qəzetində müxtəlif vəzifələrdə çalışıb, 2005-ci ildə nəşrin baş redaktoru təyin olunub. Barberin istefasından sonra qəzetin baş redaktoru vəzifəsini onun müavini Rula Halaf tutacaq.

1888-ci ildə əsası qoyulan “Financial Times” dünyanın aparıcı işgüzar nəşrlərindən biridir. Mənzil-qərargahı Londonda yerləşən qəzetin çap versiyasının gündəlik tirajı cari ilin sentyabr ayında 170 min nüsxə təşkil edib. 2015-ci ildə qəzet Yaponiyanın “Nikkei” media korporasiyası tərəfindən satın alınıb.

©Azərtac


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları