Prinston Universitetinin təhlükəsizlik ekspertləri Şeron Vayner və Morits Kyutt virtual reallıq simulyatoru hazırlayıblar. Bu simyulatorda dəbilqə taxan şəxsdən ABŞ prezidenti rolunu oynaması xahiş olunur, daha dəqiq desək ölkəyə nüvə hücumuna reaksiyası barədə qərar vermək istənilir. “Financial Times”ın jurnalisti Con Tornhill simulyatordan keçib və təcrübəsini oxuyucuları ilə bölüşür.
“Üç yüz nüvə raketi ABŞ-da doğru hərəkət edir. Yəqin ki, bu, şərti Rusiya tərəfindən ölkədəki bütün quruda yerləşən qitələrarası ballistik raket siloslarını məhv etmək üçün qabaqlayıcı zərbədir. Raketdən müdafiə sistemi bütün raketləri vura bilməz, bu isə 2 milyon amerikalının öləcəyi deməkdir”, – deyə Tornhill məsələnin şərtlərini təsvir edir.
Onun sözlərinə görə, təhlükəsizlik zabiti onu təcili olaraq Ağ evin əməliyyat otağına müşayiət etmək üçün gələndə o, Oval kabinetdə oturur və televiziyada “Avropada hərbi əməliyyatların şiddətlənməsi barədə reportaj”a baxır. Süjetə əsasən, sonra təhlükəsizlik xidməti ABŞ prezidentini məlumatlandırmaq və Vaşinqtona cavab olaraq hansı addımı atacağına qərar vermək üçün 15 dəqiqə vaxt verir. “Mənə üç seçim verilir ki, bunların hər biri Rusiyaya cavab zərbələri endirməyi nəzərdə tutur, bunun nəticəsində 5-45 milyon arasında insan həlak olacaq”
“FT”nin təsvir etdiyi simulyasiyanın təklif etdiyi üç cavab tədbiri aşağıdakılardır:
- Rusiyanın qitələrarası ballistik raketlərin yerləşdiyi obyektlərinə və sualtı bazalarına əks-hücuma keçməyə icazə vermək. Proqnozlara görə, bu, 5-15 milyon insanın ölümünə səbəb olacaq.
- İkinci variant Rusiyadakı bütün nüvə obyektlərinə zərbələrin endirilməsini nəzərdə tutur. İtkilərin təxminlərinə görə bu halda 20-25 milyon insan öləcək.
- Üçüncü seçim yuxarıda sadalanan obyektlərə əlavə olaraq əsas sənaye müəssisələrini və Rusiya rəhbərliyini hədəflər siyahısına salmağı, nəticədə 45 milyona qədər insanı məhv etməyi nəzərdə tutur.
Təcrübədə iştirak edən insandan “qərarı vermək” tələb olunur.
Bu “dəhşətli seçimlər”lə qarşılaşan “FT” müxbiri qərara gəldi ki, onlardan heç birinə yol verməyə hazır deyil. “Mənim məntiqim belədir: artıq yaxında olan raketlərin qarısını almaq üçün heç nə edə bilmirəm. Üstəlik, hücumun real olub-olmadığını və kimin tərəfindən həyata keçirildiyini də bilmirəm. Buna görə də, cavab tədbir görməyə tələsməyə ehtiyac olmadığı qənaətinə gəldim”, – deyə Tornhill yazır.
Təcrübədən sonra simulyasiya müəllifləri jurnalistə izah ediblər ki, bu problemin düzgün həlli yoxdur. Məsələn, bəzi təcrübəçilər əks hücuma yol verərək, düzgün iş gördüklərinə əmin idilər. Digərləri isə əksinə, dərhal peşman olur və səhv addım atdıqları üçün mənəvi əziyyət çəkir.
Xatırladaq ki, 2022-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin bildirib ki, nüvə müharibəsi təhlükəsi artsa da, Rusiya nüvə silahından istifadə etmək niyyətində deyil. O, həmçinin vurğulayıb ki, Rusiyanın nüvə silahından istifadə strategiyası cavab zərbəsi konsepsiyası əsasında qurulub.
Putin dəfələrlə bildirib ki, Rusiyanın nüvə zərbəsinə ehtiyacı yoxdur, çünki bunun heç bir mənası yoxdur – nə siyasi, nə də hərbi. Onun sözlərinə görə, “nüvə təhlükələri və nüvə silahının mümkün istifadəsi ilə bağlı bugünkü hay-küy”ün məqsədi – Rusiyanın müttəfiqlərini və bitərəf dövlətləri Moskvaya qarşı “birlikdə dayanmağın” zəruriliyinə inandırmaqdır.