Donald Tramp ABŞ-də kriptovalyuta, qızıl və özəl kapitala investisiya üçün 9 trilyon dollarlıq pensiya fondu açmağı planlaşdırır, bu barədə “Financial Times” yazır. Qəzetin mənbələri qərarın Tramp tərəfindən bu həftə imzalana biləcəyini və amerikalıların pensiya əmanətlərinin idarə olunmasında köklü dəyişikliklərə səbəb olacağını bildiriblər.
“Financial Times”ın yazdığı kimi, pensiya fondu kriptovalyutalardan qiymətli metallara və korporativ satınalmalara qədər geniş çeşidli aktivlərə və istiqrazlara alternativlərə açıq olacaq.
Trampın sərəncamı təkcə kriptovalyuta sektoruna deyil, həm də “Blackstone”, “Apollo” və “BlackRock” kimi dünyanın ən böyük özəl kapital şirkətlərinə fayda verəcək — onlar pensiyaçıların vəsaitlərinin investisiyası hesabına gələcək artıma ümid edir.
İnvestisiya qrupları artıq aktivləri idarə edən şirkətlərlə tərəfdaşlıq qurmağa başlayıblar. Məsələn, “Blackstone” “Vanguard” ilə əməkdaşlıq etməyə başlayıb, “Apollo” və “Partners Group” isə “Empower”a sərmayə qoyub. Həmçinin “BlackRock” pensiya əmanətlərini idarə edən “Great Grey Trust” ilə tərəfdaşlıq bağlayıb.