21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“Financial Times” Türkiyənin Avropa texnologiyasının ulduzuna necə çevrildiyindən yazır

Screen Shot 2021 09 02 at 14.34.20

Nüfuzlu britaniya jurnalı “Financial Times” Türkiyədəki startap layihələrinin son illərdəki uğurları barədə məqalə yayımlayıb. Türkiyə Avropa texnologiyasının ulduzuna necə çevrildi?sərlövhəli məqalədə builki onlayn pərakəndə satışlardakı ən parlaq yeni fikrin Silikon Vadisində deyil, İstanbulda yarandığı bildirilib.

Məqalədə texnologiya investorlarının yalnız 10 dəqiqədə market alış-verişi edən startaplara milyardlarla dollar sərmayə qoyduqları və 7.5 milyard dollar dəyərində olan Türkiyənin “Getir” şirkətinin onların içərisində qabaqcıl olduğu nəzərə çatdırılır.

“Getir”in ötənilki sərvəti Türkiyənin texnologiya sənayesindəki böyük dəyişikliyin göstəricisidir”- deyə FT yazıb

2020-ci ilin yayından bəri, Türkiyənin əhəmiyyətli texnologiya şirkətləri olan “Trendyol”“Hepsiburada” onlayn ticarət platformalarının, həmçinin oyun tərtibatçıları “Peak Games”“Dream Games”in ümumi dəyəri $1 milyardı aşmışdır.

Tirkiyə texnologiya şirkətləri 2021-ci ildə capial cəlbi öncəki toplam dörd ildən daha çoxdur.

https d6c748xw2pzm8.cloudfront.net prod e0ea4ba0 fb87 11eb 956a 61656d7eaada standard

“Getir” startapının həmtəsisçisi Nazim Salur İstanbulun beynəlxalq şəhər olduğunu göz önünə aldıqda texnologiya sahəsində daha çox uğur əldə edə bilməməsinə təəccübləndiyini deyib.

O qeyd edir ki, böyük şirkətlər ən azı 10 ilə qurulur. İlk 10 il sizin üçün təcrübədir. Qarşıda  20 illik bir dönəmin olduğunu düşünün.

“Türkiyə elekton ticarət bazarı dönüş nöqtəsindədir” – deyə Hanzadə Doğan deyib. H.Doğan həmin şəxsdir ki, $4.4 milyard olan “Hepsiburada” startapının təsisçisidir.

“Sərmayə baxımdan son dərəcə qənaətcilik” deyə Doğan əlavə edib.

Türkiyədə e-ticarətin ümumi həcmi üç il əvvəl 3.5 faizi təşkil edirdisə, bu gün 10 faizə yüksəldiyi təxmin edilir. Bunun səbəblərindən biri də pandemiyanın təsiri ilə əlaqədar olaraq dünyada elektron pərakəndə satışın artmasıdır”.

COVID-19-un bazarda böyük dəyişikliklərə səbəb olduğunu ifadə edən “General Atlantic”in baş direktoru  Melis Kahya Akar bütün türk şirkətlərinin daha qlobal miqyasda düşünmələri üçün bütün şəraitin hazırda mövcud olduğunu vurğulayıb.trendyol

Çin nəhəngi “Alibaba”nın böyük payı olduğu Türkiyədəki $16.5 milyard dəyərində olan “Trendyol”, qida çatdırılma sahəsində genişlənmədən əvvəl 2010-cu ildə onlayn geyim platforması kimi fəaliyyətə başlamışdı.

 

Türkiyənin “Amazon”a verdiyi cavab kimi dəyərləndirilən  “Hepsiburada” şirkəti 2000-ci ildə qurulub və böyük ölçüdə investisiya əldə etmədən özünü maliyyələşdirməyi bacarıb.

https d6c748xw2pzm8.cloudfront.net prod 2395e3e0 fb85 11eb a0bd 0974054c18b1 standard 1

“Amazon” və “eBay” kimi qlobal oyunçuların Türkiyəyə girməkdə çətinlik çəkirlər. Yerli onlayn satıcılar qismən “Amazon” və “eBay” kimi qlobal oyunçular ölkəyə girməkdə çətinlik çəkdikləri üçün müvəffəqiyyətli oldular. “PayPal” 2016 -cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tvitter və digər sosial media hesabları üzərində sərt tədbirlər gördüyü bir vaxtda Türk ödəniş lisenziyasını itirdi.

“Candy Crush Saga Developer King”in keçmiş əməliyyat meneceri Stefan Kurqan hazırda Türkiyədə dünya səviyyəli oyun təkmilləşdiricilərinin birliyi olduğunu da FT-da qeyd edilir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər