15 C
Baku
Thursday, October 2, 2025

“Financial Times”: Zəngin hindular Mumbayda “milyarderlər küçəsi” salıblar

“Financial Times” (FT) yazır ki, Mumbayda yeni prestijli bir ərazi formalaşır — Hindistanın ən varlı ailələri kütləvi şəkildə “Worli Sea Face” adlı sahil küçəsində elit daşınmaz əmlak almağa başlayıblar.

Dəyəri 1,5 milyard dollardan çox olan sahilyanı yol və digər infrastruktur layihələrinin tikintisi ilə transformasiya olunan bu rayon ölkənin ultra-varlı sakinləri üçün əsas cazibə mərkəzinə çevrilib.

Alıcılar arasında bankir Uday Kotak, farmasevtika maqnatları Dilip Shanghvi və Lina Qandi Tevari, həmçinin “Godrej Group” ailə holdinqinin nümayəndələri var. Tikinti şirkətinin məlumatına görə, Hindistanın ən zəngin dörd ailəsi rayonun əsas yeni tikililərindən biri olan “Naman Xana” qülləsində azı yeddi mənzil alıb. Ayrı-ayrı sövdələşmələrin dəyəri on milyon dollarla ölçülür.

Hindistanda təxminən 200 milyarder yaşayır və onların üçdə biri Mumbayda məskunlaşıb. “FT” qeyd edir ki, şəhərin elit seqmentində tələbi və qiymətləri yerli IPO dalğası, milyarderlərin sayının artması və premium daşınmaz əmlak bazarında təklifin məhdudluğu dəstəkləyir.

Hökumət və iri biznes paralel olaraq şəhər mühitinin yaxşılaşdırılmasına — yollara, parklara və sahilyanı zonalara sərmayə qoyaraq “Worli Sea Facei Mumbayın “vizit kartı”na çevirir. Əvvəllər bu sahil rayonunda şəhərin iqtisadiyyatının əsasını təşkil edən pambıq fabrikləri yerləşirdi, son illərdə isə ofis kompleksləri üstünlük təşkil edirdi.

2024-cü ildə Hindistan daşınmaz əmlak bazarı xeyli böyüyüb: ilin ilk üç rübündə yaşayış daşınmaz əmlakının satışı illik ifadədə 17% artıb. Bu artımın əsas səbəbi premium mənzilə tələbin yüksəlməsi olub, xüsusilə Mumbay, Banqalor və Pune şəhərlərində. Yaşayış daşınmaz əmlakının qiymətləri Banqalorda 9%, Mumbay, Dehlinin Milli Paytaxt Regionu və Punedə isə 4–5% bahalaşıb.

“Mordor Intelligence” analitik mərkəzinin proqnozlarına görə, Hindistan daşınmaz əmlak bazarının həcmi 2025-ci ildə 333 milyard dollar təşkil edəcək. Gözlənilir ki, bazar 2030-cu ilə qədər 986 milyard dollara çatacaq və illik orta artım tempi 24,3% olacaq.

Son xəbərlər
Digər xəbərlər