“Finans İnvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 111 min manat zərərlə başa vurub. 2021-ci ildə BOKT-un zərəri 80 min manat olub ki, bu da illik müqayisədə 39% artımdır.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Finans Invest” BOKT-un faiz gəlirləri 69 min manat (əvvəlki ilə nisbətən 27% az), faiz xərcləri 2 min manat (38% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Finans Invest”in aktivləri 1 milyon 510 min manat olub ki, bu da illik müqayisədə 13.5% azdır. Bunun 1 milyon 252 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.
Xatırladaq ki, “Finans İnvest” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.