12 C
Baku
Saturday, November 23, 2024

“Finans İnvest” BOKT-un kredit portfeli böyüyüb

“Finans İnvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 130 min manat zərərlə başa vurub. 2019-cu ildə isə BOKT-un zərəri 185 min manat təşkil edib. Belə ki, “Finans İnvest” BOKT-un zərəri 30% azalıb.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

31 dekabr 2020-ci il tarixinə “Finans İnvest” BOKT-un faiz gəlirləri 72 min 938 manat (əvvəlki il 115 min 916 min manat), faiz xərcləri 4 min 720 manat (əvvəlki il 86 min 408 manat) təşkil edib.

Bu il yanvarın 1-nə “Finans İnvest”in aktivləri 2 milyon 54 min manat olub. Bunun 1 milyon 623 min manat müştərilərə verilmiş kreditlərdir. Ötən il BOKT-un kredit portfeli 18% böyüyüb.

Hesabat dövründə “Finans İnvest”in öhdəlikləri 7% azalaraq 718 min manata düşüb.

Xatırladaq ki, “Finans İnvest” BOKT 2007-ci ildə dövlət qeydiyyatına alınıb. BOKT-un nizamnamə kapitalı 300 min manatdır və qanuni təmsilçisi Ceyhun Əhmədovdur.

 

Son xəbərlər
Digər xəbərlər