“Finans Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC 2024-cü ilin ilk yarısında 353 min manat faiz gəliri, 133 min manat üzərində xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, BOKT-nin ümumi xərclərinin həcmi isə 234 min manatı keçib.
“Finans Kredit BOKT” keçən ili bütünlükdə 212 min manat xalis mənfəətlə tamamlamışdı.
BOKT cari ilin ilk yarısında kiçilib. Belə ki, keçən ilin sonunda 3 mln. 133 min manat cəmi aktivlərin həcmi ilin ilk yarısının sonuna qədər 3 mln. 079 min manata enib. Aktivlərin 2 mln. 715 min manatı müştərilərə verilənkreditlərdir.
Öhdəliklərin 2 mln. 93 min manat olmaqla, bunun da 1 mln. 462 min manatı banklar və digər maliyyə institutlarına olan borclar, 532 min manatı səhmdarlar qarşısındakı borclardır.