18 C
Baku
Monday, September 16, 2024

FINCA 23 mln. manat zərər edib

FİNCA BOKT 2016-cı ilin birinci yarım illiyinə dair maliyyə nəticələrini açıqlamışdır.

Təşkilatın açıqladığı göstəricilərə görə 23 mln. manat zərər etmişdir. BOKT il ərzində həm əməliyyat gəliri üzrə zərər (-11 mln. manat) , həmdə ehtiyat ayırmalarına görə zərər etmişdir. 

Məlumat üçün bildirək ki, FİNCA Azərbaycanın ən böyük BOKT-dur. Banker.azın verdiyi məlumata əsasən, təşkilatın aktivlərinin həcmi 205 mln. manata bərabərdir ki, bu rəqəm bəzi bankların aktivlərinə yaxındır.

FİNCA-nın düşdüyü çətin vəziyyət, öhdəliklərinin çoxunun xarici valyuta olması, kreditləşməni isə manatla aparmasından səviyyələnir. Bankın hazırda  202 mln. manat öhdəlikləri mövcuddurki (aktivlərin 98% ) , bu rəqəm bu sektor üçün həddən artıq riskli göstəricilidir.

Son xəbərlər
Digər xəbərlər