22 C
Baku
Friday, July 1, 2022

“FINCA Azərbaycan” 9 investordan 3 mln. manat borc cəlb edir – İki ilə qaytarmalıdır

29 mart 2022-ci il tarixində Bakı Fond Birjasında “FINCA Azərbaycan” BOKT MMC-nin tədavül müddəti 2 təqvim ili olan( AZ2003019208) 3 mln. manatlıq həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Banker.az bu barədə BFB-ya istinadən xəbər verir.

Hərrac zamanı 9 investor tərəfindən 9 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 12.5% , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Hərrac qiyməti 1,000.00 AZN, sifarişlərin nominal qiymətlə ümumi məbləği və yerləşdirmə məbləği 3 mln. manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 18 mart 2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Son xəbərlər
Oxşar xəbərlər