23 C
Baku
Sunday, July 21, 2024

“FINCA Azərbaycan” səhmdarlarına daha 2.5 mln. manat dividend elan edib

Amerika kapitallı “FINCA Azərbaycan” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2022-ci ildə səhmdarlarına 2 mln. 465 min manat dividend elan edib.

Banker.az bu barədə BOKT-nin illik audit hesabatına istinad edir.

2021-ci ildə 2 mln. 669 min manat dividend ödəmişdi.

Hesabatda qeyd edilir ki, BOKT-nin 1 yanvar 2023-cü il tarixinə 12 milyon 489 min manat hələ ki, bölüşdürülməmiş mənfəəti qalmaqdadır. Həmin müddətdə əlavə 3 mln. 267 min manat xalis mənfəət əldə edib.

Xatırladaq ki, “FINCA Azerbaijan” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon 757 min manatdır. BOKT-un təsisçisi 100% “FINCA International”dır.

 

Son xəbərlər
Digər xəbərlər