“FINCA Azərbaycan”un maliyə vəziyyəti: mənfəət azalıb, portfel böyüyüb

→ Mənfəətin azalmasına səbəb problemli kreditlər üzrə geridönüşlərin azalmasıdır
→ Kredit portfeli və borclar artıb
→ Girovsuz təminatlı kreditlərin payı kəskin böyüyüb

Azərbaycanda mikro kreditlər bir vaxtlar mühüm paylara sahib olan Amerika kapitallı “FINCA Azərbaycan” BOKT MMM 2020-ci il üzrə audit hesabatını açıqladı.

Banker.az xəbər verir ki, 2020-ci il üzrə audit hesabatını “Baker Tilly Azerbaijan” audit şirkəti aparıb.

Ötən il 5 490 min manat (yaxud 5.49 mln. manat) həcmində faizdən gəlir əldə edib. Bu isə öncəki ili xeyli 3.2 dəfə üstələyib. Faiz gəlirlərinin 5 389 min manatı isə müştərilərə verilmiş kreditlərin, 101 min manatı isə banklardakı depozitlərindən gələn gəlirlər təşkil edib.

BOKT borc alınmış vəsaitlər üzrə 608 min manat (öncəki ildə belə bir xərci yox idi)  və 47 min manat isə icarə öhdəliyi üzrə xərclər ödəyib ki, bu da 655 min manatlıq faiz xərcini əhatə edir.

“FINCA Azərbaycan” BOKT 2020-ci ildə 4 970 min manat qeyri-faiz zərəri edib.  Bu zərərin öncəki ili (2 745 min manat) xeyli üstələməsi yenidənqiymətləndirmə üzrə dəyər gəlirlərinin azalmasıdır.

XALİS MƏNFƏƏT NECƏ AZALIB?

BOKT-un gəlirlərinin artması fonunda xalis mənfəəti öncəki illə müqayisədə kəskin düşüb. Bu azalmada əsas rolu oynayan isə problemli kreditlər üzrə geri dönüşlərdir.

Məsələn, “FINCA Azərbaycan” BOKT 2019-cu ildə 1 075 min manat əməliyyat zərəri etmişdi. 2020-ci əməliyyat zərərini 135 min manat qədər azaldıb, lakin 2019-cu ildə ehtimal olunan kredit zərərinin bərpasından 12 280 min manatlıq gəlir daxil olduğu halda, bu rəqəm 2020-ci ildə 869 min manata düşüb.

Nəticədə BOKT-un vergiyə qədərki mənfəəti 11 205 min manatdan 734 min manata qədər azalmışdır. 61 min manat mənfəət verigisindən sonra xalis mənfəəti 673 min manat olmuşdur (2019: 11 079 min manat).

BOKT-un son illərdə mənfəət/zərəri:

  • 2015: ₼13 056 min zərər (ilin sonuna ₼24 044 min bölüşdürülməmiş mənfəət),
  • 2016: ₼38 661 min zərər (₼14 617 min manat yığılmış zərər),
  • 2017: ₼18 327 min xalis mənfəət (₼3 710 min bölüşdürülməmiş mənfəət),
  • 2018: ₼142 min xalis mənfəət (₼3 858 min bölüşdürülməmiş mənfəət),
  • 2019: ₼11 079 min xalis mənfəət (₼14 931 min bölüşdürülməmiş mənfəət),
  • 2020: ₼673 min xalis mənfəət (₼11 749 min bölüşdürülməmiş mənfəət).

Mənfəət azalsa da, səhmdarlara divident ödənilib. 1 yanvar 2021-ci il tarixinə “FINCA Azərbaycan” BOKT-un bölüşdürülməmiş mənfəəti 11 745 min manat olmuşdur (2019: 14 935 min manat). Bölüşdürülməmiş mənfəətinin öncəki ildən az olması səhmdarla ötən il ərzində 3 859 min manatlıq dividentin ayrılmasıdır.

Yeri gəlmişkən, 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı banklara (BOKT-lara aid deyil) tövsiyə etmişdi ki, bölüşdürülməmiş mənfəətdən səhmdarlara dividend ödənilməsin. Bu tarix 2020-ci ilin aprelin 1-də qeydə alınıb və hər altı aydan bir qərarın müddəti uzadılıb. Hazırda iyulun 1-nə qədər davam edir.

“FINCA Azərbaycan” BOKT 2020-ci ildə işçi heyətinin sayını 142 nəfərdən 171 nəfərə qədər, filial sayı isə 15-dən 17-yə artırılıb.

GİROVSUZ KREDİTLƏRİNİN HƏCMİ KƏSKİN BÖYÜYÜB

2020-ci ildə “FINCA Azərbaycan” BOKT aktivlərinin həcmini 26 204 min manata qədər azaldıb. Aktivlərinin azalmasında əsas səbəbkar nağd pul vəsaitləri son bir ildə 13 128 min manatdan 6 605 min manata qədər azalıb.

BOKT digər tərəfdən müştərilərə verdiyi kredit portfelinin həcmini 12 163 min manatdan 17 946 min manata qədər yüksəltmişdir.

Müştərilərə verilmiş kreditlərin böyük hissəsi kənd təsərrüfatına verilmiş kreditlər təşkil etməkdədir. Kənd təsərrüfatı kreditlərinin həcmi 64% artımla 11 889 min manata, xidmət kreditlərinin həcmi isə 4 358 min manata, 2 858 min manata çatdırılmışdır.

BOKT-un kredit prtfelinin 17 863 min manatı girovsuz təminatlıdır. Girovsuz təminatlı kreditlərin həcmi öncəki ildə 4 636 min manat idi.

Amerika kapitallı BOKT-un Azərbaycan Mərkəzi Bankı qarşısında borcu 7 035 min manatdan 9 381 min manata qədər artıb. AKİA qarşısında cəmi 74 min manat borcu var.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.