9 C
Baku
Sunday, November 17, 2024

“Finca Azərbaycan” BOKT-un borcları böyüyür

“Finca”nın Azərbaycandakı kredit təşkilatı “Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı MMC 2021-ci ildə borc öhdəliyini böyüdüb, kreditləşməni yüksəldib.

Bu barədə Banker.az “Finca Azərbaycan” BOKT-un illik audit hesabatına istinadən xəbər verir.

BOKT-un borc alınmış vəsaitlərinin həcmi 9.455 mln. manatdan 14.930 mln. manata çatıb. Onun borclarının 7.844 mln. manatı Mərkəzi Bankadır. Hansı ki, bu ilin əvvəli 9.381 mln. manat idi.

Audit rəyində deyilir ki, ötən il BOKT 6.929 mln. manat həcmində “EMF Mikromaliyyə Fondu AGMVK”-dan borc alınıb. Bu borcların illik ödəniş faizi xərci 8.06%-dir, lakin hansı müddətə götürülməsi ilə bağlı açıqlama yoxdur.

Digər tərəfdən BOKT öncəki ildə ölkə şəraitində yüksək faiz xərcli borc qiymətli kağızlar emissiya edib. Manatla olan istiqrazın borc kimi həcmi ilin sonu 2.940 mln. manatdır. Tədavül müddəti 2023-cü ilin dekabrınadəkdir.

32323232323231

“Finca Azərbaycan” 2021-ci ildə də aqrar kreditlər üzrə portfelini yüksəldib. Kredit portfeli 31.508 mln. manat təşkil etdiyi halda, bunun 20.539 mln. manatı aqrar kreditlərdir. Aqrar kreditlərin həcmi il üzrə 73% artım göstərib.

Bununla belə onun kreditlərinin 6.413 mln. manatı xidmət (2020: 4.358 mln. man.), 4..067 mln. manatı ticarət kreditləri (2.858 mln. man.) olub.

Ehtimal edilən kredit üzrə zərəri  2020-ci ildə 1.495 mln. manat olduğu halda, ihesabat ilində 2.443 mln. manata yüksəlib.

Hesabatda daha bir göstərici diqqət çəkib. Onun verdiyi kreditlərin 31.130 mln. manatı girovsuz verilib. Ümumiyyətlə bu BOKT-da girovsuz təminatla verilən kreditlərin payı adətən portfelin 90%-dən çoxunu əhatə edir.

k1

 

1 yanvar 2022-ci il tarixinə BOKT-un 35.872 mln. manat cəmi aktivi, 20.429 mln. manat cəmi öhdəliyi, 15.443 mln. manat cəmi kapitalı vardır.32323232

GƏLİRLƏR YÜKSƏLİR

“Finca Azərbaycan” BOKT-nun ötən il verdiyi kreditlər üzrə faiz gəlirləri 7.925 mln. manat, faiz xərcləri 0.999 mln. manat olmuş ki, bu da 6.925 mln. manatlıq xalis faiz gəliri deməkdir. 2020-ci ildə xalis faiz gəlirlərinin həcmi 4.835 mln. manat idi.

BOKT-un inzibati və digər əməliyyat xərcləri 6.677 mln. manat olmuş, bunun da 3.363 mln. manatı əmək haqları təşkil edir.

Beləliklə, BOKT 2021-ci ildə 2.611 mln. manatlıq xalis mənfəət əldə edib. Bu öncəki ildə 0.673 mln. manat idi.

Xalis mənfəətdən sonra BOKT-un balansında bölüşdürülməmiş mənfəət 11.687 mln. manata yüksəlib.

22222et 3222312312312312123123

 

Son xəbərlər
Digər xəbərlər