14 C
Baku
Thursday, November 6, 2025

“Finca Azərbaycan” ilk yarımildə 1 milyon manata yaxın xalis mənfəət əldə edib

Amerika kapitallı “Finca Azərbaycan” Bank Olmayan Kredit Təşkilatı 2025-ci ilin ilk yarısında 952.5 min manat xalis mənfəət əldə edib. Bu 2024-cü ilin eyni dövründən 881.7 min manatla müqayisədə 8 faiz yuxarıdır.

Banker.az xəbər verir ki, bu barədə BOKT-nin yarımillik maliyyə hesabatında bildirlir.

BOKT ilk yarımildə 10 milyon 349.3 min manat faiz gəliri, 3 milyon 383.2 min manat faiz xərci çəkib ki, bu da onun xalis faiz gəlirlərinin 6 milyon 966 min manata gətirib çıxarıb. BOKT-nin ötən ilin eyni dövründəki xalis faiz gəliri 7 milyon 353.7 min manat idi.

“Finca Azərbaycan” 2025-ci ilin ilk altı ayında 74 milyon 388.3 min manata endirməklə ilin əvvəli ilə müqayisədə 2.6 faiz azaltsa da, əsas fəaliyyət istiqaməti üzrə irəliləyişə nail olub. Kredit təşkilatının müştərilərinə verdiyi ümumi portfel son altı ayda 63 milyon 920 min manatdan 70 milyon 394 min manata yüksəlib.

Son xəbərlər
Digər xəbərlər