“Finca Azərbaycan” Qeyri-Bank Olmayan Kredit təşkilatı Bakı Fond Birjasında ümumi həcmi 1 mln. manat olan istiqrazlar buraxır.
Banker.az xəbər verir ki, bu barədə cümə axşamı açıqlanan Emissiya prospekti və ya informasiya memorandumunda qeyd edilir.
Milli valyutada emisyya ediləcək istiqrazın nominal qiyməti 100 manat olmaqla 100 000 ədəd olacağı bildirilir.
İstiqrazlar 2 il müddətdə tədavüldə olacaq və bunun qarşılığında BOKT investorlara 15% gəlirlilik təklif edir.
Sonuncu dəfə sentyabrda BFB-də eyni parametrlərdə, lakin 3 milyon manat ümumi həcmi olan istiqraz hərraca çıxarmış və 56 investor tərəfindən alınmışdı.
Ümumiyyətlə bu BOKT son illərdə fond birjasında dayanıqlı maliyyə göstəriciləri ilə çox aktiv şəkildə vəsait cəlb edə bilib. Məsələn, son üç ildə audit olunmuş hesabata nəzər yetirdikdə “Finca Azərbaycan” 2022-2024-cü illərdə müvafiq olaraq 3.3 mln, 3.9 mln və 3.2 mln. manat həcmində xalis mənfəət əldə edib. Bu periodda kredit təşkilatının cəmi aktivləri 50.1 mln. manatdan 76.38 mln. manata qalxıb.