13 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FİNCA Azərbaycan” QBKT MMC-nin ümumi dəyəri 3 000 000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edib.
27 dekabr 2021-ci il tarixində “FİNCA Azərbaycan” QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002019209
İstiqrazların növü və forması: Faizli təmin edilməmiş sənədsiz adlı
| İstiqrazların sayı | Nominal Dəyəri |  
 Ticarətə buraxılma tarixi  | 
İllik faiz dərəcəsi | Tədavül müddəti | Kupon faizlərinin ödəniş müddəti | 
| 3 000 (ədəd) | 1,000 AZN |  
 27.12.2021  | 
12.5 % | 2 il | Hər 3 aydan bir | 
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.


                                    





