33 C
Baku
Monday, September 1, 2025

FINCA Azərbaycanın İcraçı Direktoru Timoti Tarrant 12 illik CEO fəaliyyətini başa çatdırır

Azərbaycanın çevik və aparıcı qeyri-bank kredit təşkilatlarından olan “FINCA Azərbaycan” BOKT uzun müddətdir ki, ölkədə sahibkarlığın, xüsusən də kiçik və orta biznesin inkişafına dəstək göstərir. Kənd təsərrüfatı və kiçik biznes kreditləri üzrə ixtisaslaşmış  “FINCA Azərbaycan” 26 filialı vasitəsi ilə sahibkarlara maliyyə resursları təqdim etməklə onların fəaliyyətinin, eləcə də bizneslərinin genişlənməsinə şərait yaradır. Son illər əzrində rəqəmsal xidmətlərin genişləndirilməsi nəticəsində sahibkarların kredit üçün müraciəti daha da sadələşdirilib, biznes sahiblərinin kredit vəsaitlərinə əlçatanlığı daha da asanlaşıb. Təbii ki, bütün bunlar bu sahədə peşəkar rəhbərliyin, komandanın olması və onların çevikliyi sayəsində ərsəyə gəlir.

2025-ci ilin sonuna yaxın, bu uğurların arxasında duran əsas şəxslərdən biri olan təşkilatın icraçı direktoru Timoti Tarrant, 12 illik fəaliyyətindən sonra FINCA Azərbaycandakı missiyasını başa çatdıracaq. Məlumat üçün qeyd edək ki, T.Tarrant peşəkar karyerasına 2001-ci ildən başlayıb, 2013-cü ildən isə “FINCA Azerbaijan” MM Qeyri-bank Kredit Təşkilatının direktoru vəzifəsini icra edib. Bu müddətə qədər o, “FINCA”nın 3 fərqli ölkə üzrə ölkə direktoru, həmçinin sözügedən maliyyə təşkilatının üç törəmə şirkətində Müşahidə Şurasının və audit komitəsinin üzvü olub.

T.Tarrant Azərbaycanda fəaliyyəti dövründə bir çox yeniliklərin həyata keçirilməsi prosesinə yaxından rəhbərlik edib.  O, qlobal iqtisadi böhran zamanı peşəkar komandanın dəstəyi ilə şirkətdə çətin restrukturizasiya prosesinə rəhbərlik edərək 2019-cu ildə biznesin yenidən uğurla davam etməsinə nail olub, “FINCA Azərbaycan”ı aparıcı və inkişaf edən mikromaliyyə qurumu kimi mövqeyinə qaytarıb. Bundan başqa, T.Tarrant satış və geri yığımlar üzrə ilk uğurlu çağrı mərkəzlərinin yaradılmasına və tətbiqinə də rəhbərlik edib. Bu gün həmin model bütün qlobal FINCA şəbəkələri tərəfindən qəbul edilmiş ən yaxşı təcrübə standartına çevrilib

Qeyd edək ki, cari ilin sonunadək T.Tarrantın yerinə yeni direktorun təyinatı gözlənilir.

Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “FINCA Azerbaijan” hazırda ölkənin aparıcı maliyyə təşkilatlarından biridir. Təşkilat kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət göstərir. Hazırda “FINCA Azərbaycan” dövlət tənzimləyici orqanları və Azərbaycan Mikromaliyyə Assosiasiyası da daxil olmaqla bir çox maraqlı tərəflərlə güclü və məhsuldar əməkdaşlıq münasibətlərinə malikdir.

Son xəbərlər
Digər xəbərlər