9 C
Baku
Sunday, November 17, 2024

“FINCA Azərbaycan”ın “problemli kreditlərinin” geri dönməsi onu mümkün zərərdən xilas edir

Amerika kapitallı “FINCA Azərbaycan” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2022-ci ildə 3 mln. 267 min manat xalis mənfəət əldə edib.

Banker.az bu barədə BOKT-nin illik audit hesabatına istinad edir.

Hesabata görə, BOKT-nin gəlirlərinin həcmi 11 mln. 854 min manat olmaqla illik müqayisədə 50% artıma nail ola bilib. Bununla belə son illərdə borcların yüksəlməsi onlar üzrə xərcləri də 2.5 dəfədən çox artırmaqla 2 mln. 538 min manata çatdırıb. Xalis faiz gəliri 9 mln. 316 min manat olub.

Hesabatı analiz etdikdə bəlli olur ki, gəlirlərin artması kimi xərclər də yüksəlməkdədir və xalis mənfəəti üçün əsas faktor problemli kreditlərin geridönüşüdür. Belə ki, BOKT-nin əməliyyat zərəri 85 min manat təşkil edir. Əməliyyat mənfəət/zərəri dedikdə, xalis faiz gəlirləri ilə qeyri-faiz zərəri fərqini nəzərdə tutulur. Onun qeyri-faiz xərcləri 9 mln. 401 min manat təşkil edib. Lakin BOKT-nin 3 mln. 585 min manatlıq problemli kreditlərinin geri dönməsi onu xalis mənfəətə çıxarıb.

Beləliklə, 2022-ci ildə 3 mln. 267 min manat xalis mənfəət əldə edib və 2021-ci ildə bu xalis mənfəət 2 mln. 611 min manat idi.

Bu xalis mənfəətlərdən sonra BOKT-nin bölüşdürülməmiş mənfəəti 12 mln. 489 min manat təşkil edir ki, onun nizamnamə kapitalını (3 mln. 756 min manat) dəfələrlə üstələyir.

1 yanvar 2023-cü il tarixinə “FINCA Azərbaycan” BOKT-nin cəmi aktivləri 50 mln. 108 min manat təşkil edib ki, illik müqayisədə bu, 40% artımdır. Aktivlərinin və fəaliyyətinin əsas istiqaməti – müştərilərə verdiyi kreditlərin həcmi illik müqayisədə 54% artaraq 44 mln. 874 min manat təşkil edib.

Ötən il BOKT istiqraz emissiya etməklə və ya digər şəkildə borclar cəlb etməklə ümumi öhdəliklərin həcmini 66% artırmaqla 33 mln. 863 min manata çatdırıb. Öhdəliklərinin 22 mln. 311 min manatı borclar və 8 mln. 950 min manatı isə buraxılmış borc qiymətli kağızlardır.

98583459834

12 2

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər