®“FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı 2024-cü ili 3 milyon 156 min manat xalis mənfəət ilə başa vurub.
FINCA Azerbaijan” 2024-cü il ərzində müştərilərlə yaxından işləyərək, onlara bizneslərini mövcud mikro və makro iqtisadi şəraitə uyğunlaşdırmağa kömək etmişdir. Aztəminatlı insanlara və kiçik təsərrüfat sahiblərinə öz gələcəklərinə sərmayə qoymağa kömək etmək üçün dürüst və səmərəli maliyyə xidmətləri təklif edən qlobal şəbəkənin bir üzvü kimi “FINCA Azerbaijan” təşkilatı hesabat dövrü ərzində artan bazar ehtiyaclarını qarşılamaq üçün öz kredit təkliflərinin müxtəlifliyini saxlayıb.
“FINCA Azerbaijan” haqqında
Əsası 1999-cu ildə qoyulmuş “FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara ölkə üzrə 26 filial vasitəsilə xidmət göstərir. “FINCA Azerbaijan”, “FINCA Impact Finance” təşkilatına aid olan, 15 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 3.4 milyon müştəriyə çatan qlobal şəbəkənin tərkibinə daxildir. “FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.
Ətraflı məlumat üçün keçid:https://finca.az/financials/