16 C
Baku
Monday, December 1, 2025

“Finca Azerbaijan” 5 mln. dollar istiqraz buraxır

Bank olmayan kredit təşkilatı “Finca Azerbaijan” MMC ümumi həcmi 5 milyon dollar olan istiqraz buraxır.

Banker.az xəbər verir ki, hər biri 100 manat olmaqla 50 000 ədəd xarici valyutadakı bu istiqrazlar üzrə illik 9% gəlirlilik təklif edir. İstiqrazlar iki illik tədavül müddətini əhatə edir.

“Finca Azerbaijan” 2024-cü ildə xalis mənfəət 3.16 mln. manat təşkil edib. BOKT-nin kredit portfeli , 2024-cü ildə təxminən 13% artıb 67.6 mln. manata yüksəlib.

Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “FINCA Azerbaijan” hazırda ölkənin aparıcı maliyyə təşkilatlarından biridir. Təşkilat kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət yetirir. “FINCA Azerbaijan” dövlət tənzimləyici orqanları, eləcə də Azərbaycan Mikromaliyyə Assosiasiyası da daxil olmaqla, bir çox maraqlı tərəflərlə səmərəli və güclü əməkdaşlıq münasibətləri qurub. BOKT-nin səhmdarı “Finca Microfinance Coöperatief U.A” şirkətidir.

Son xəbərlər
Digər xəbərlər