11 C
Baku
Tuesday, April 29, 2025

“Finca Azerbaijan” 6 milyon manat borc cəlb edir – İllik 15% dərəcə ilə

“Finca Azerbaijan” Qeyri-Bank Kredit təşkilatı MM ümumilikdə 6 milyon manat olan faizli borc cəlb etmək istəyir.

Banker.az BOKT-nin Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir ki,  təşkilat hər birinin nominal dəyəri 100 manat  olan 60 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların buraxılmasını planlayır.

“Finca Azerbaijan” istiqrazları 15 faiz illik gəlirliliklə təklif edir və tədavül müddəti üç ili əhatə edəcək. Kredit təşkilatının bu təklifi etməsinin əsas səbəbi Təşkilatın əsas fəaliyyəti hesab olunan mikrokreditlərin verilməsi ilə bağlı fəaliyyətin genişləndirilməsi və mənfəətin əldə edilməsidir.

Yeri gəlmişkən, BOKT keçən il 2.67 mln. manat mənfəət əldə edib və öncəki ildə qeydə alınmış 2.73 mln. manatdan cüzi fərqlə aşağı olub. BOKT-nin kredit portfelinin həcmi 59,9 mln. manatdan 67.68 mln. manata yüksəlib.

“Finca Azerbaijan” “FINCA Impact Finance” qlobal şəbəkənin tərkibinə daxildir. Qlobal təşkilat Azərbaycandakı törəməsinə proses və prosedurların təkmilləşdirilməsində dəstək göstərir. Lakin FİNCA Azerbaijan Azərbaycandakı fəaliyyətini müstəqil şəkildə həyata keçirir və bütün strateji qərarları İdarə Heyyəti verməklə təşkilatın Direktorlar Şurası tərərfinnən təstiqlənir.

Son xəbərlər
Digər xəbərlər