“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə 3-14 mart tarixlərində xüsusi kampaniyanın icrasına başlamışdır. Bu dövr ərzində “FINCA Azerbaijan”dan kredit götürən bütün xanım müştərilər 4%-dək endirimlərdən faydalana biləcəklər.
Bildirmək istərdik ki, “FINCA Azerbaijan”ın ümumi müştərilərinin 30%-ni məhz xanımlar təşkil edir.