17 iyun 2025-ci ildə Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi “FINCA Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatının istiqrazlarının ticarətə buraxılması ilə bağlı “Ticarətə İcazə” qərarı qəbul edib.
Banker.az xəbər verir ki, istiqrazların yerləşdirilməsi üzrə hərrac 23 iyun 2025-ci il tarixində keçiriləcək.
İstiqrazlar faizli, təminatsız, sənədsiz və adlı formada buraxılıb. İstiqrazların sayı 20 min ədəd, ilkin ticarət qiyməti isə 100 manatdır. Ümumi buraxılış həcmi 2 milyon manat təşkil edir. İllik gəlirlilik 15% olmaqla, faiz ödənişləri hər 3 aydan bir həyata keçiriləcək. Tədavül müddəti 18 aydır.
Hərrac birqiymətli və kütləvi formada aparılacaq. Emitentin dövlət qeydiyyat nömrəsi (ISIN) AZ2008019203-dür. Hərracın anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Emitentin adı |
“FINCA Azerbaijan” MM QBKT |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2008019203 |
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli hərrac |
İstiqrazların sayı |
20,000 ədəd |
İlkin ticarət qiyməti |
100 manat |
İstiqrazların buraxılış həcmi |
2,000,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq və 1 ayda günlərin sayını 30 (otuz) götürməklə hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir. |
Tədavül müddəti |
18 ay |
Ticarətə buraxılma tarixi |
23.06.2025 |
Anderrayter |
“Unicapital İ.Ş.” ASC |