®11 aprel 2025 – ci il tarixində “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Müəssisəsinin nominal dəyəri 1 000 ABŞ dolları, tədavül müddəti 18 ay və illik 9.00% gəlirliliyə malik olan istiqrazları üzrə növbəti – üçüncü kupon ödənişi həyata keçirilib.
Cari ödəniş çərçivəsində istiqraz sahiblərinə ümumilikdə 56 250 ABŞ dolları həcmində faiz gəliri ödənilib. Beləliklə, bu günədək ümumi kupon gəliri 168 750 ABŞ dolları təşkil edir.
Qeyd edək ki, faiz ödənişləri rüblük əsasda aparılır və “FINCA Azerbaijan” istiqrazları Bakı Fond Birjasında yerləşdirildiyi gündən etibarən bazarda ən çox ticarət olunan korporativ qiymətli kağızlardandır.
İstiqrazlar üzrə növbəti kupon ödənişinin 11 iyul 2025-ci il tarixində həyata keçirilməsi nəzərdə tutulur.
“FINCA Azerbaijan” haqqında
Əsası 1999-cu ildə qoyulmuş “FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara ölkə üzrə 26 filial vasitəsilə xidmət göstərir. “FINCA Azerbaijan”, “FINCA Impact Finance” təşkilatına aid olan, 15 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 3.4 milyon müştəriyə çatan qlobal şəbəkənin tərkibinə daxildir. “FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.