“FINCA Azerbaijan” Mərkəzi Bankdan aldığı borcu kimlərə yönəldib?

100% Amerika kapitallı “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı (həmçinin BOKT) qarşısında 2019-cu il ərzində 4.14 mln. ABŞ dolları borc, 355 min ABŞ dolları isə lizinq öhdəliyi yaranıb.

Banker.az xəbər verir ki, bu barədə “FINCA Azerbaijan”nın 2019-cu il üzrə “Baker Tilly Azerbaijan” audit şirkəti tərəfindən aparılan audit hesabatında qeyd edilib. Öncədən bildirək ki, BOKT hesabatı dollarla təqdim edib və həmin dövrə rəsmi məzənnə USD/AZN:1.7 olub.

“FINCA” 2019-cu ildə $5.3 milyonluq (9.01 milyon manat) milli valyutada borcu Azərbaycan Mərkəzi Bankından illik dərəcəsi 0.1%-lə cəlb edib.  Bildirilir ki, borcun 0.5%-nə Maliyyə Nazirliyi tərəfindən zəmanət verilir.

BOKT son bir il ərzində cəmi öhdəliklərini 433 min manatdan 4.97 min manata qədər artırmalı olub.

Dollarda aldığı borcu hara yönəldib?

“FINCA” 2019-cu il ərzində kreditləşmədə yenidən əsas müştəri olaraq kənd təsərrüfatına yönəltdiyi kreditlər olub. Belə ki, ötən il ərzində kredit portfelinin $4.26 milyonu aqrar kreditlər, $1.88 milyonu xidmət sahəsinə və $1.48 milyonu ticarət sahəsinə yönəltdiyi kreditlər olub. Ümumi kredit portifeli $7.16 milyon olub. BOKT-un aktivləri ötən ilin əvvəli $4.91 milyon olduğu halda, ilin sonuna $15.96 milyona qədər “sıçrayışla” böyüyüb.

Gəlirlər artıb

2019-cu ilin 4 rübü ərzində faizdən $1.02 milyonluq (2 dəfəyə yaxın artım) gəlir əldə etməklə, cəmi $34 min (17 dəfə azalma) xərc çəkib. Beləliklə, $7.22 milyonluq problemli kreditlərin geridönüşü hesabına xalis mənfəəti $6.52 milyon qədər artıb.

Xalis mənfəətdən sonra “FINCA”nın  cəmi kapitalı $10.99 milyona qədər artmalı olub.

İşçilərin sayı artıb

1 yanvar 2020-ci il tarixinə BOKT-un işçi sayı 142 nəfər olub, bu illik 24 nəfər artım deməkdir.

 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları