16 C
Baku
Friday, April 26, 2024

“FINCA Azerbaijan” maliyyə bazarında layiq olduğu yeri yenidən tutmaq istəyir

“FINCA Azerbaijan” MMC bank olmayan kredit təşkilatı (BOKT) manatın devalvasiyasından sonra yaranmış bütün çətinlikləri artıq geridə qoyub və bu ilin IV rübündən başlayaraq yenidən inkişaf etməyi qarşısına məqsəd qoyub.

Banker.az bildirir ki, bunu BOKT-un direktoru Timoti Tarrant bəyan edib.

finca a
Finca-nın filialı

Onun sözlərinə görə, rəhbərlik etdiyi maliyyə qurumu son 3 ili kredit portfelininin idarə olunmasına və əməliyyatların səmərəliliyinin artırılmasına sərf edib.

“Son nəticədə 2017-ci ili mənfəətlə başa vurmuşuq və 2018-ci ildə də daha yaxşı maliyyə nəticələri gözləyirik. “FINCA Azerbaijan” devalvasiyanın yaratdığı çətinliklərin öhdəsindən uğurla gələrək, səhmdarlarının onun nizamnamə kapitalını bu il artırmasına da nail olub. Gələn il də səhmdarlardan əlavə kapital cəlb edilməsi nəzərdə tutulub ki, bu da BOKT-un regionlarda kiçik sahibkarlara göstərdiyi maliyyə xidmətlərini daha da genişləndirməyə imkan verəcək. “FINCA Azerbaijan” 2019-cu ilin I rübündən yeni fililallar açmağı planlaşdırır, fəaliyyətini genişləndirməklə, maliyyə bazarında layiq olduğu yeri yenidən tutmaq istəyir”,- deyə T.Tarrant qeyd edib.finca 8

Direktorun sözlərinə görə, FINCAqlobal səviyyədə son illər müştərilərə göstərilən xidmətin səviyyəsini artırmaq və əməliyyat xərclərini azaltmaq məqsədi ilə yeni fintexnologiyadan istifadə edir: “Bu yeniliyin inkişaf etdirilməsində və qlobal səviyyədə istifadəsinin sınaq mərhələsinin uğurla tamamlanmasında “FINCA Azerbaijan”ın da böyük töhfələri olub. FINCA Azərbaycanın maliyyə bazarında geniş imkanlar olmasının fərqindədir və bazardakı vəziyyətlə bağlı nikbindir”.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər