7 C
Baku
Thursday, January 29, 2026

“FINCA Azerbaijan”ın dollar istiqrazlarına 51 investor müştəri çıxıb

Bakı Fond Birjasında 29 yanvar 2026-cı il tarixində  “FINCA Azerbaijan” MM QBKT tərəfindən buraxılan istiqrazların hərracı uğurla yekunlaşıb.

Banker.az xəbər verir ki, buraxılış çərçivəsində hər biri 100 ABŞ dolları nominal dəyərə malik olmaqla 10 000 ədəd istiqraz yerləşdirilib. İstiqrazlar üzrə illik gəlirlilik faizi 9% müəyyən edilib və faiz ödənişləri ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 24 aydır.

Hərrac zamanı sifarişlərin ümumi həcmi nominal dəyər üzrə 1 milyon ABŞ dolları olub və buraxılış tam reallaşdırılıb. Hərrac qiyməti 100 ABŞ dolları səviyyəsində formalaşıb. Yerləşdirmədə 51 investor iştirak edib və ümumilikdə 51 sifariş qeydə alınıb.

İstiqrazların yerləşdirilməsi üzrə anderrayter qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edib.

 

Emitentin adı “FINCA Azerbaijan” MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2013019206
İstiqrazların növü və forması Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı 10,000 ədəd
İlkin ticarət qiyməti 100 ABŞ dolları
Buraxılış həcmi 1,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi 9%
Ödəmə periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti 24 ay
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 1,000,000 ABŞ dolları
Reallaşdırılmış həcm 1,000,000 ABŞ dolları
Hərrac qiyməti 100 ABŞ dolları
İnvestor sayı 51
Sifariş sayı 51
Anderrayter   “Unicapital İnvestisiya Şirkəti” ASC

 

Son xəbərlər
Digər xəbərlər