“FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının Bakı Fond Birjasındakı (BFB) hərracı 18 dekabr 2025-ci il tarixində yekunlaşıb.
Banker.az xəbər verir ki, buraxılış çərçivəsində 30 min ədəd istiqraz hər biri 100 ABŞ dolları nominal qiymətlə yerləşdirilib. Ümumi buraxılış həcmi 3 mln. dolları təşkil edib.
İllik gəlirlilik 9% müəyyən olunub. Faiz ödənişləri ilk yerləşdirmə tarixindən etibarən hər 3 təqvim ayından bir həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 24 aydır.
Ticarətdə 54 investor iştirak edib və 54 sifariş qeydə alınıb.
İstiqrazların anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “FINCA Azerbaijan” MM QBKT |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2012019207 |
| İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
| İstiqrazların sayı | 30,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 ABŞ dolları |
| Buraxılış həcmi | 3,000,000 ABŞ dolları |
| İllik gəlirlilik faizi | 9% |
| Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
| Tədavül müddəti | 24 ay |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 3,000,000 ABŞ dolları |
| Reallaşdırılmış həcm | 3,000,000 ABŞ dolları |
| Hərrac qiyməti | 100.00 ABŞ dolları |
| İnvestor sayı | 54 |
| Sifariş sayı | 54 |
| Anderrayter | “Unicapital İnvestisiya Şirkəti” ASC |







