“FINCA Azerbaijan” bank olmayan kredit təşkilatının idarə heyətindən biri qurumu tərk edib.
Banker.az bu barədə “FINCA Azerbaijan”na istinadən xəbər verir.
Məlumata görə, “FINCA Azerbaijan” kredit verilməsi əməliyyatlarına və filial şəbəkəsinin məsul olan – baş əməliyyat meneceri Nəzakət Aslanova vəzifəsini tərk edib. Qeyd edək ki, O, BOKT-da 2002-ci ildən fəaliyyətə başlamışdı və həmçinin Aərbaycan Mikro-Maliyyə Assosiyasiyasının İdarə Heyəti üzvi idi. N. Aslanovanın tərk etdiyi vəzifəyə yeni təyinat olmayıb.
Xatırladaq ki, BOKT-un Baş icraçı meneceri isə hazırda Timoti Tarrantdır.