3 C
Baku
Thursday, February 29, 2024

“FINCA Azerbaijan”ın rəhbərliyinə yeni təyinat olub

Əliyeva Ruqiyyə Adil qızı “FINCA Azerbaijan”ın baş maliyyə inzibatçısı və İdarə Heyətinin üzvü təyin edilib.

Banker.az xəbər verir ki, o bu vəzifədə Muhammad Mobeen Yaqoobu əvəz edib.

Qeyd edək ki, 1998-ci ildə yaradılan “Finca Azərbaycan”ın nizamnamə kapitalının 100%-i Niderland Krallığında qeydiyyatdan keçmiş “Finca Microfinance Cooperatief U.A” şirkətinə məxsusdur.

R.Əliyeva 2022-ci ilin aprelindən “AccessBank” QSC-nin Maliyyə üzrə İcraçı direktoru idi.

R.Əliyeva “AccessBank” komandasına 2019-cu ilin dekabr ayında qoşulub və bu təyinatadək Maliyyə Departamentinin rəhbəri vəzifəsində işləyib. “AccessBank”dan öncə isə PwC, Azərbaycan Beynəlxalq Bankı və “Azerconnect” kimi şirkətlərdə audit və maliyyə üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Son xəbərlər
Digər xəbərlər