“FINCA Azerbaijan” MM QBKT-nin AZ2010019209 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10 oktyabr 2025-ci il tarixində yekunlaşıb.
Banker.az xəbər verir ki, 15 faiz gəlirlilik təklif edən 2 illik istiqrazlar üçün Bakı Fond Birjasında (BFB) 56 investor tərəfindən eyni sayda sifariş verilib.
İstiqrazların ümumi həcmi 3 milyon manat idi.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “FINCA Azerbaijan” MM QBKT |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2010019209 |
| İstiqraqzların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Rəqabətli hərrac |
| İstiqrazların sayı | 30,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| Buraxılış həcmi | 3,000,000 manat |
| İllik gəlirlilik faizi | 15% |
| Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
| Tədavül müddəti | 24 ay |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 3,000,000 manat |
| Reallaşdırılmış həcm | 3,000,000 manat |
| Minimal qiymət | 100 (15.0000%) manat |
| Maksimal qiymət | 100 (15.0000%) manat |
| Kəsmə qiyməti | 100 (15.0000%) manat |
| Ortaçəkili qiyməti | 100 (15.0000%) manat |
| İnvestor sayı | 56 |
| Sifariş sayı | 56 |
| Anderrayter | “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |







