8 C
Baku
Sunday, November 17, 2024

“Finca Azerbaijan”ya amerikan xanım rəhbər seçildi – təyinat

“Finca Azerbaijan” BOKT MMC-nin (Finka Azərbaycan) Müşahidə Şurasının yeni üzvi seçilib.

Banker.az xəbər verir ki, bu, Zar Wardak-dir (Zar Uardak).

O, hazırda “FINCA Impact Finance”in Şərq bölgəsi üzrə vitse-prezidenti və şöbə müdiridir və şəbəkənin Şərqi Avropa, Orta Şərq və Cənubi Asiya bölgələrindən 7 ölkədəki fəaliyyətinə rəhbərlik edir. Şöbə rəhbəri vəzifəsinə başlamazdan əvvəl Zar, Orta Şərq və Cənubi Asiya Bölgəsi üzrə Regional Direktor vəzifəsində çalışıb.

Zar Wardak, eyni zamanda “FINCA Əfqanıstan”ın baş direktoru vəzifəsində çalışmışdır. “FINCA” brendinə qoşulmazdan əvvəl Zar, Əfqanıstanda maliyyə xidmətləri sənayesi məsləhətçisi olaraq çalışmış və eyni zamanda ABŞ-da Citibankda Texas Regional Satış İnteqrasiya Direktoru vəzifəsində çalışmışdır.

Kanzasdakı Cənubi-Qərbi Kollecində Beynəlxalq Biznes üzrə bakalavr və Virciniya Fairfaksdakı George Mason Universitetində Sülh Əməliyyatları üzrə Elm Magistr dərəcəsi almışdır.

Hazırda “Finca Azerbaijan”ın Müşahidə Şurasında Florin Lilla (sədr), ellord Smelcer, Siradhar Srinavasan kimi şəxslər təmsil olunur.

Xatırladaq ki, “FINCA Azerbaijan” 1999-cu yaradılıb. Onun nizamnamə kapitalı 7,1 milyon manatdır. BOKT-un təsisçisi 100% olmaqla “Finca International”dır. “FINCA International” Afrika, Avrasiya və Amerikadakı mikro-maliyyə üzrə kreditləşmə aparan Amerikan şirkətidir.

Son xəbərlər
Digər xəbərlər