25 C
Baku
Friday, July 19, 2024

FINCA və First Access dünyanın ən böyük fintech layihəsini yaradırlar

Banker.azın verdiyi məlumata görə, FİNCA və First Access şirkətləri dünyanın ən böyük mikromaliyyə  fintech (financial technologies ) layihəsi yaratmaq haqqında müqavilə bağlayıblar. 

Hər iki kompaniyanın açıqlamasına görə ” biz mikromaliyyə sahəsində dünyanın ən böyük və ən dərin təhlil qabiliyyətinə malik scoring sistemi  əsasında  mikromaliyyə institutu yaradacağıq” deyə bildirmişdirlər.

Bu daha çox FİNCA-nın maliyyə resurslarına çıxışı məhdud olan ərazilərdə daha sürətlə genişlənmə imkanı verəcəkdir.

First Access şirkətinin öhdəliyinə düşən hissə əsasən FİNCA-nın müştərilərini və əməliyyatlarını, həmçinin yerli mobil operator şirkətlərinin məlumatlarını təhlil edərək scoring nəticəsini verməkdirki, buda öz növbəsində  tarixcəsi olmayan az gəlirli təbəqənin daha təhlükəsiz kreditləşməsini təmin etməkdən ibarətdir.

Pilot layiə Tanzaniada 2016-ci ilin sonu başlayacaqdır.

 

 

Son xəbərlər
Digər xəbərlər