Azərbaycan 2019-cu il ərzində xaricə 22,02 min tonluq qabığı təmizlənmiş fındıq satıb.
Banker.az rəsmi mənbəyə istinadən xəbər verir ki, bu ixrac məhsullarının ümumi dəyəri 124,21 milyon dollar ($) təşkil etməsi deməkdir. Bu da ölkədə qeyri-neft sektoru üçzrə 3-cü ən böyük valyuta gətirən məhsuldur.
2018-ci ildə Azərbaycan xaricə 18,22 min tonluq meşə fındığı ixrac olunmuşdu ki, bunun da ixrac dəyəri 93,51 mln. dollar təşkil edirdi.
Bununla da ixrac olunan fındığın ortalama dəyəri 2018-ci ildə 5,13 $/kq təşkil etdiyi halda, 2019-cu ildə 5,64 $/kq təşkil edib. Dəyərindəki 0,50 dollarlıq artım isə hər tonunda ölkəmizə 500 dollar əlavə gəlir əldə etməsinə səbəb olub.
Ölkəmizdən hər kq üzrə ixrac olunan ən baha qiymətə Slovakiya olub. Bu ölkə Azərbaycandan aldığı hər kq üçün ortalama $6,43 ödəməli olub. Ən ucuz isə Qazaxıstana- hər kq üçün $2,78 ödəməli olmuşuq.
İxrac olunan fındığın əsas alıcıları, Rusiya ($57,85 mln.), İtaliya ($33,21 mln.) və Almaniya olub ($20,94 mln.).