5 C
Baku
Monday, February 6, 2023

Fındıq ixracı Azərbaycana $83 milyondan çox qazanc gətirib

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricə meşə fındığı satışını artırıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Belə ki, 2022-ci ilin ilk 10 ayında xaricə $83 241.43 min dəyərində, 15 722.74 ton meşə fındığı ixrac edib. Ötən ilin ilk 10 ayı ilə müqayisədə fındıq ixracı dəyər ifadəsində $5 906.18 min və ya 7.6%, miqdar ifadəsində isə 2 298.78 ton və ya 17.1% artıb.

 

Son xəbərlər
Digər xəbərlər
X