23 C
Baku
Monday, September 16, 2024

Fındıq ixracı Azərbaycana 81 milyon dollara yaxın gəlir gətirib

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 80 milyon 842 min dollar dəyərində 16 191 ton fındıq ixrac olunub.

Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

2022-ci ilin 9 ayında isə Azərbaycandan 73 milyon 5 min dollar dəyərində 13 492 ton fındıq ixrac olunmuşdu. Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 7 milyon 837 min dollar və ya 11% artıb, miqdar ifadəsilə 2 699 ton və ya 20% artıb.

Bir ton fındığın orta ixrac qiyməti illik müqayisədə 5 min 411 dollardan 4 min 993 dollara düşüb (418 dollar azalıb).

Son xəbərlər
Digər xəbərlər