2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 96 milyon 985 min dollar dəyərində 19 029 ton fındıq ixrac olunub.
Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
2022-ci ilin 10 ayında isə Azərbaycandan 83 milyon 241 min dollar dəyərində 15 723 ton fındıq ixrac olunmuşdu. Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 16.5% artıb, miqdar ifadəsilə 21% artıb.
Bir ton fındığın orta ixrac qiyməti illik müqayisədə 5 min 294 dollardan 5 min 097 dollara düşüb (197 dollar azalıb).