11 C
Baku
Monday, November 25, 2024

“Finex Credit”in rəhbərliyi dəyişib

“Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədri Fərid Həmidov işdən çıxıb.

Report xəbər verir ki, onu müavini Rəşad Qasımov əvəz edir.

Xatırladaq ki, “Finex Credit” 2013-cü ildə yaradılıb, “Finex Group” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 600 min manatdır. BOKT-un səhmlərinin 73,33%-i “Finance Leasing” ASC-yə, 14,9%-i Sevda Cəbrayıl qızı İbrahimovaya, 11,77%-i isə Mobil Famil oğlu Şərifova (“Finance Leasing”in 10%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər