“FinEx Kredit” BOKT ASC-nin İdarə Heyətinə təyinat olub.
Bu barədə Banker.az-a mənbə bildirib.
Belə ki, ASC-nin səhmdarlarının qərarı ilə Sevinc Qurbanova İdarə Heyətinin üzvü seçilib.
Qeyd edək ki, BOKT 2013-cü ildə yaradılıb və 800 min manat nizamnamə kapitalı var. Kapitalının 18.95%-i Şəlalə Tağıyeva, 18.25%-i Raminə Allahverdiyeva, 15.63%-i Azad Cəbrayılov, 14.83%-i Mobil Şərifov, 14.08%-i Tokay Şıxəlizadə, 6.75%-i Tahir Namazov, 4.63%-i Tofiq Cəfərov, 3.25%-i Azər Hacıyev, 2.03%-i Gülnarə Tağıyeva və 1.63%-i Sevil Hidayətovaya məxsusdur.