-1 C
Baku
Sunday, December 15, 2024

“Finex Kredit” BOKT-un səhmdarları toplaşır

14 iyun 2022-ci il saat 12.00-da Bakı şəhəri, S.Rüstəm küçəsi 11 nömrəli ünvanda yerləşən “Finex Kredit” BOKT ASC-nin baş ofisində cəmiyyətin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.

Bu barədə Banker.az BOKT-un elanına istinadən xəbər verir.

Elana görə, iclasın gündəliyinə 2021-ci ilin yekunlarının müzakirəsi; 2021-ci ilin maliyyə yekunlarına aid müstəqil auditor tərəfindən aparılmış auditin nəticələrinin təsdiqi; 2022-ci il üzrə şirkətin inkişaf perspektivləri və digər məsələlər.

“Bütün səhmdarların iştirakı vacibdir”- deyə, elanda deyilir.

Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un səhmlərinin 31%-i Mobil Şərifova, 26%-i Şəlalə Tağıyevaya, 24%-i Sevda İbrahimovaya, 18%-i Ramina Allahverdiyevaya, 1%-i isə Tahir Namazova məxsusdur.

Son xəbərlər
Digər xəbərlər