13 C
Baku
Monday, May 20, 2024

“Finex Kredit” BOKT yarım ildə zərər edib

“Finex Kredit” BOKT 2022-ci ilin yarımilliyində 228 min manat zərər edib.

Banker.az bu barədə BOKT-un yarımillik hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “Finex Kredit” BOKT-un cəmi gəlirləri 456 min manat, cəmi xərcləri isə 684 min manat təşkil edib.

Bu ilin iyulun 1-nə BOKT-un cəmi aktivləri 5 milyon 457 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 3% azalma deməkdir. Bunun 3 milyon 450 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 6 ayda BOKT-un kredit portfeli 3.4% kiçilib.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 4 milyon 783 min manat, cəmi kapitalı isə 675 min manat təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər