17 C
Baku
Cümə, May 20, 2022

“FinEx Kredit” mətbuatda yayılan xəbərlərə rəsmi cavab verdi – Saxta istiqrazlarla bağlı

“Bəzi mətbu orqanlarda Finex istiqrazları barədə çıxan xəbərlə bağlı qeyd etmək istəyirik ki, Finex Şirkətlər qrupuna daxil olan FinansLizinq ASC 2007-ci ildən, FinEx Kredit BOKT ASC isə 2013-cü ildən maliyyə bazarında fəaliyyət göstərir. Şirkətlər yarandığı tarixdən etibarən qiymətli kağızlar bazarında aktiv şəkildə iştirak edir və vəsaitlərin cəlb etmə vasitəsi kimi istiqraz alətindən istifadə edir. Bu fəallıq nəticəsində Bakı Fond Birjasında “Listinq”-ə daxil edilmiş ilk üç şirkətdən ikisi FinansLizinq ASC və FinExKredit BOKT ASC olmuşdur. Fəaliyyət dövrləri ərzində şirkətlər istiqraz emissiyalarını tam şəffaf şəkildə və uğurla həyata keçirmişdir. İstiqraz bazarında daimi çevik faiz siyasəti ilə seçilən şirkətlər əvvəllər 14%-lə buraxılmış manat və ABŞ dolları ilə olan istiqrazlarını bazar konyukturuna uyğunlaşdıraraq, bu ildən istiqrazların müddətindən asılı olaraq ABŞ dolları ilə 8-9%, manatla 22-24% arası buraxılmasına dair  2017-ci ilin may ayında strateji qərar qəbul etmişdir. Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına istiqrazların qeydiyyatı alınmasına dair müraciət edilmişdir.” – deyə təşkilatın açıqlamasında deyilir.

“FinEx Kredit”bildirir ki, qeyd olunan istiqrazlarla bağlı məlumatlar yalnız şirkətlərin sosial şəbəkə səhifələrində və saytlarında dərc edilib: ““Finex İstiqrazları” adı ilə yerləşdirilən məlumatlar Finex şirkətlər qrupuna daxil olan FinExKredit BOKT ASC və FinansLizinq ASC-ni əhatə edir.”

Xatırladaq ki, bu səhər xəbər portallarından birinin iddiasına görə, FinExKredit qanunsuz istiqraz satılması barədə məlumat yerləşdirmişdi.


Bu məlumat Fins.az portalına istinadən yerləşdilir.

Son xəbərlər
Oxşar xəbərlər