6 C
Baku
Sunday, December 15, 2024

“FinEx Kredit”in bazardakı mövqeyinə dair gözlənilən qərar baş tutdu

Hələ yay aylarından nizamnamə kapitalının artırlacağı ilə bağlı xəbərlər dolaşan “Finex Kredit” səhmdarları son qərara gəliblər. Bu barədə Banker.az-a Kredit Təşkilatından məlumat daxil olub.

Məlumata görə, “Finex Kredit” BOKT ASC-nin nizamnamə kapitalı 200 min manat artırılaraq 800 min manata çatdırılıb. Kapital artımının müvafiq qaydada dövlət qeydiyyatı başa çatdırıb.

“Kapital artımı fiziki şəxslər hesabına baş tutmuşdur. Bu artım şirkətin strateji yol xəritəsinə əsasən aparılaraq onun maliyyə dayanıqlığının möhkəmlənməsi, kreditləşmənin genişləndirilməsi və gəlirliyin artırılmasına xidmət edəcəkdir.” – deyə BOKT-nin məlumatında şərh kimi qeyd edilir.

Xatırladaq ki, təşkilat ötən ilin son ayında 27 yanvar 2018-ci il tarixdə səhmdarlarının yenidən toplaşacağına dair məlumat yaymışdı. Açıqlamada isə toplaşmanın məqsədi barədə heç bir məlumat qeyd edilməyib.

Son xəbərlər
Digər xəbərlər