22 C
Baku
Monday, October 6, 2025

“FinEx Kredit”in yeni rəhbəri təsdiqləndi – Yeni təyinatlar!

Çoxsaylı səhmdarın kredit təşkilatı “FinEx Kredit” BOKT ASC-nin yeni direktorunun vəzifəsinə təyinatı təsdiqlənib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə  Leyli Məmmədova Calal qızı BOKT-nin direktoru təyin edilib.

Digər qərarla, Ellada Əliyeva Rəşad qızı Audit Komitəsinə üzv seçilib.

Leyli Məmmədova 2025-ci ilin iyunundan bu vəzifənin müvəqqəti icraçısı kimi təyin edilmişdi.

Xatırladaq ki, “FinEx Kredit” BOKT 2013-cü ildə yaradılıb və 1.494 mln. manat nizamnamə kapitalı var. Səhmlərin Cəbrayıllov Azad Nəriman oğlu (26.7068%),  Mirzəyev Səməd Murad oğlu (16.7335%),  Allahverdiyeva Ramina Tokay qızı (16.4659%),  Mirzəyeva Saadət Məmmədoğlu qızı (13.3869%),  Tağıyeva Şalala İslam qızı (10.1473%),  Şıxəlizadə Tokay Murad oğlu (7.5368%),  Məmmədov Rövsən Mürsəl oğlu (3.6152%),  Şərifov Mobil Famil oğlu (2.3159%),  Mirzəyev Xaqan Səməd oğlu (2.0080%) və Tağıyeva Gülnarə Elçin qızı (1.0840%) adlı şəxslərə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər